Azərbaycanda qandonduran cinayət! Dənizçi azyaşlı oğlana zorakılıq edib,öldürüb

  • 14.03.2019
  • 0

ARB TV-nin "Rezonans" verilişində bu dəfə məhbus Elbrus Əhmədovun həbsxana hekayələrindən bəhs olunub.


Femida.az xəbər verir ki, Elbrus Əhmədov törətdiyi cinayətə görə,barəsində ölüm hökmü çıxarılsa da, sonradan Azərbaycanda ölüm hökmünün ləğvi onun cəzasının ömürlük həbslə əvəz olunmasına səbəb olur.
"Orta məktəbi bitirdikdən sonra Ukraynaya getmişəm. Balıqçı işləyirdim. İlk tutduğum balıq 35-40 kq idi. Bir oğlan var idi. Onunla yeyib-içdik. Ümumiyyətlə, içki içən olmamışam. Birdən-birə oldu. 25 il əvvəl olub. Çox şeyi xatırlamıram. Səhər ayılanda polislər gələndə xəbərim oldu ki, 7-8 yaşlı uşağı öldürmüşəm."

Ömürlük məhkumun həbsxana hekayəsini təqdim edirik: