"Qarabağa getmək istəyirəm" şüarı altında moda kolleksiyası

  • 14.03.2019
  • 0

Norveçdə yaşayan əslən azərbaycanlı dizayner Şərvin Nəcəfpur Türkiyənin Antalya şəhərində keçirilən Moda Həftəsində "I'm a Star" ("Mən ulduzam") adlı yeni kolleksiyasını təqdim edib.


Femida.az bildirir ki, "Evimə - Qarabağa getmək istəyirəm" şüarlı kolleksiyanın təqdimatında modellər podiuma çıxarkən erməni işğalında olan Azərbaycan şəhər, rayonlarının (Xankəndi, Şuşa və s.) adları ekranda göstərilib və “Justice for Khojaly” (“Xocalıya ədalət!”) sözü yazılıb.

Dəfilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Nə düşünürsən?