Çoban qədim silah və sikkə tapdı

  • 14.03.2019
  • 0

Silah erroziyaya uğrasa da klonlar hələ də salamat qalıb. Qədim əşyaları tapan çoban, onları yüksək qiymətə satmaq fikrinə düşüb.

Qazaxda Daşsalahlı kəndinin ərazisində Tapdıq Cürənov heyvan otardığı ərazidə, Damcılı mağarası yaxınlığında küp tapıb. Küpün içərisindən isə qədim dövrə aid silah və iki ədəd mis klon çıxıb. Çoban iddia edir ki, bu silah və klonlar Çar rejiminə qarşı vuruşan qaçaqlardan birinə məxsusdur. 5 güllə tutumuna malik baraban tipli patronu olan silah istifadəyə yararsızdır.

Klonlar isə 17-ci əsrə aid Ramanovlarailəsinin 300 illiyinə həsr olunub. Klonun digərtərəfində isəçar vəkeşişin şəkli həkk edilib. Tapdıq Cürənov bildirib ki, sözügedən ərazidən küplər çox tapılır.Çoban silahvəklonlarıtəklifgələrsəyüksək qiymətə satmağı planlaşdırır. Mədəniyyət Nazirliyindən isə bildirdilər ki, əgər həmin tapıntıların tarixi əhəmiyyəti varsatarix muzeyinə təhvil verilməlidir. Əgər bu əşyalar tarixi tapıntı hesab olunmasa vətəndaşın ixtiyarında qalır.

Nə düşünürsən?