Bakıda dəhşətli anlar: Bayram tonqalı şəhəri alova bürüdü

  • 13.03.2019
  • 0

Ötən gün payatxtda çərşənbə üçün qalanan tonqallarda 9 nəfər xəsarət alıb. Xətai rayonu ərazisində şam ağacının altında qurulan tonqal az qala faciəyə səbəb olacaqdı. Tonqal səbəbi ilə alışan böyük şam ağac ətrafa təhlükə saçıb. Sumqayıtda isə bir nəfər tonqal üçün taxta toplayarkən hündürlükdən yıxılaraq dünyasını dəyişib. Bu hadisələr isə tonqal qalayarkən təhlükəsizliyə riayət edilməməsi məsələsini gündəmə gətirib.

Yaşayış binasının qarşısında alışan hündür şam ağacı ətrafa təhlükə saçır.

Yaxınlıqda çoxlu avtomobil olduğundan ətrafdakılar avtomobilləri oradan uzaqlaşdırmağa çalışır. Görüntülər ötən gün Xətai rayonu Gəncə prospekti 2 ünvanında sakinlər tərəfindən çəkilib və ''Xəzər Xəbər'' ə göndərilib.

Bakı Şəhər Yaşıllaşdırma TəsərrüfatıBirliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun sözlərinə görə artıq həmin ağaca baxış keçirilib və bərpa edici tədbirlər görülür.

Səhiyyə Nazirliyindən verilən məlumata görə ötən gün Bakıda qalanan tonqallar səbəbi ilə 9 nəfər Respublika Yanıq Mərkəzinə müraciət edib və onların hamısına tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Sumqayıtda isə 24 yaşlı Rauf Nizami oğlu Həsənquliyev tonqal qalamaq üçün hündürlükdən taxta parçaları toplayaraq aşağı atmaq istəyib. Bu zaman ayağı büdrəyərək yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?