İran Prezidenti Həsən Ruhani Ayətullah Sistani ilə görüşüb

  • 13.03.2019
  • 0

Eastnews.org-un verdiyi xəbərə görə, İran Prezidenti Həsən Ruhani İraqa rəsmi səfəri zamanı Nəcəf şəhərində İslam dünyasının nüfuzlu din xadimi olan Ayətullah Seyid Əli Sistani ilə görüşüb.


Görüş Ayətullah Sistaninin ofisində baş tutub.


Bildirilir ki, bölgədə təhlükəsizlik tədbirləri artırılıb və ola biləcək təxribatların qarşısı alınıb.


Rəsmi mənbələr görüşün təfərrüatını, hələ ki, açıqlamayıblar.


Xatırladaq ki, Ayətullah Sistani sabiq İran Prezidenti Mahmud Əhmədinejatın görüş istəyini 2 dəfə rədd etmişdi.

Nə düşünürsən?