Ronaldo bu jesti ilə Simeoneyə cavab verdi

  • 13.03.2019
  • 0

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Atletiko” üzərində 3:0 hesablı qələbə qazanan “Yuventus”un ulduzu Kriştianu Ronaldo qeyri-etik jesti ilə də yadda qalıb.

“Qafqazinfo”nun məlumatına görə, 3 qolla tarix yazan portuqaliyalı futbolçu hərəkəti ilə rəqibin baş məşqçisi Dieqo Simeoneyə cavab verib. 

Kriştianu Simeonenin ilk matçda etdiyi hərəkətin eynisini edib. 

Qeyd edək ki, Dieqo Simeone Madriddə keçirilən və 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra üzünü azarkeşlərə tutaraq qeyri-etik jest etmişdi. Matçdan sonra o bildirmişdi ki, bu hərəkətləri azarkeşlərə “yumurtalarımız var” demək üçün göstərmişəm. 

UEFA isə argentinalı çalışdırıcını 20 min avro cərimələmişdi. Analoji cəzanın Ronaldoya da veriləcəyini ehtimal etmək olar. 

Nə düşünürsən?