Bayram öncəsi bazarlarda qiymətlər necədir?

  • 12.03.2019
  • 0

Bayram qabağı bazarlarda canlanma müşahidə olunur. Canlanma həm alış-verişdə, həm də qiymətlərdə özünü göstərir. Bundan satan razı olsa da, alıcı əlbəttə ki, narazıdır.

ARB TV-nin "Günə Doğru” verlişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

Alıcı: "Burda bahadır, başqa yerdə ucuz ala bilirik”.

Alıcı: "Eyni qiymətə satmalıdılar. Bayramda gərək biraz da ucuz olsun ki, hamı ala bilsin”.

Satıcı: "Əvvəl ucuz idi, indi bahalaşıb. 10 qəpik qaldırırlar da, nə qaldırırlar. Hər kəs 10 qəpik qaldırsa, bu alıcının büdcəsinə gör nə qədər təsir edər? Satıcı nə qazansın bəs?”.

Eyyub Hüseyinov - AİB-in sədri: "Tələb təklifi üstələyəndə azad bazar şəraitində mütləq qiymət artımı baş verir və keyfiyyətin aşağı düşməsi olur. Bu bazarın aksiomudur. Süni qiymət artımı anlayışı azad bazar iqtisadiyyatında yalnız dövlət tərəfindən tənzimlənən qiymətlərə aiddir. Məhsul istehsal edən hər kəs öz istehsal etdiyi malı istədiyi qiymətə sata bilər”.

Bayramöncəsi bazarlarla yanaşı, Kənd təsərrüfatı nazirliyinin təşkil etdiyi yarmarkalardan da bazarlıq etmək mümkündür. Bu yarmarkaların təşkilində də məqsəd məhsul bolluğu yaratmaq, nəticədə süni qiymət artımının qarşısını almaqdır.

Vüqar Hüseyinov - KTN-in mətbuat katibi: "Bazarda bolluq yaranarkən, təbii ki, qiymətlərdə süni qiymət artımının qarşısını almaq mümkün olur. Bu baxımdan Bakının 14 bölgəsində yarmarkalar təşkil olunur və fermerlərə şərait yaradılıb ki, yarmarkalara məhsul çıxarsınlar”.

Hətta bu yarmakalardan məhsulların bazar qiymətlərindən daha ucuz satılması mükündür. Bunun üçün fermerlərin nəqliyyat xərclərinə köməklik edilir və məhsullarını burada satdıqlarına görə heç kim onlardan vəsait tələb etmir.

Vüqar Hüseyinov - KTN-in mətbuat katibi: "Əgər fermer vasitəçi olmadan məhsulunu yarmarkaya çıxara bilirsə, nəqliyyat xərcləri minimuma endirilirsə və təbii ki, bu məhsulun maya dəyərinə təsir edir. Yarmarkalara çıxarılan məhsullar daha ucuz olur”.

Novruz yarmarkaları martın 16-a kimi yalnız şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün keçiriləcək.

Nə düşünürsən?