Ordumuz genişmiqyaslı təlimləri keçirir

  • 12.03.2019
  • 0

Ordumuzun genişmiqyaslı təlimləri davam edir.

Xezerxeber.az-ın məlumatına görə, 10 min nəfərədək şəxsi heyətin iştirak etdiyi təlimlər bu ayin 15-dək davam edəcək.

Təlimə cəlb edilmiş tank bölmələri tapşırıqları yerinə yetiriblər. Təlimin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra ediblər.

Əməliyyat-taktiki raket bölmələri də təlimə cəlb edilib. Əməliyyat-taktiki raket bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək təyin edilmiş marşrutlarla marş keçiriblər. Start mövqelərini tutan bölmələr planlı və plandan kənar şərti düşmən hədəflərinə raket zərbələrinin endirilməsi üzrə döyüş şəraitinə maksimal şərtlərdə tapşırıqları icra ediblər.

Genişmiqyaslı təlimlər zamanı döyüş aviasiya vasitələrinin yerdəyişməsi də həyata keçirilib. Döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromları və meydançalarına çıxarılıb. Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.

Reaktiv artilleriya divizionları isə atəş mövqelərini tutublar. Ehtiyat atəş mövqelərinə çıxarılan reaktiv artilleriya divizionları qoşunların hücumuna praktiki atəşlə dəstək vermək və şərti düşmən hədəflərinə atəş zərbələrinin endirilməsi üzrə tapşırıqları icra etməyə hazırlaşır.

Nə düşünürsən?