Yəhudi alimlərdən inanılmaz icad: İkinci dəri...

12.03.2019 | 24 | 0

İsraildə polimer dəri icad edilib.


Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ağır dərəcəli yanıqların müalicəsində daha tənziflərdən və plastrdan istifadə olunmayacaq. İsrail alimləri yanıqların müalicəsi üçün yeni dərman hazırlayıb. Müalicə prosesində həkimlər sarğı əvəzinə innovasiyalardan istifadə edəcək. Belə ki, yanmış dəri üzərinə “İkinci dəri” adlanan sprey çilənir. Bu sprey nazik təbəqə şəklində yaranı örtür və bir müddət sonra dəri bərpa olunur. Yeni üsul xəstəni sarğıların dəyişdirilməsi zamanı yaşanan dözülməz ağrılardan xilas edir.


Bildirilir ki, bu kəşf yanıq müalicəsində tibbi inqilab ola bilər.

Nə düşünürsən?
Loading...