“Çat Kapı aşk” filminin mətbuat konfransı keçirilib

  • 12.03.2019
  • 0

Martın 11-də “CinemaPlus Gənclik Mall” kinoteatrında “Cinemazadeh” istehsalı olan və Türkiyədə çəkilmiş “Çat Kapı Aşk” romantik filmin mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Türkiyənin məşhur aktyorları Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və filmin baş prodüseri Cəfər Axundzadə iştirak ediblər.

Filmin rejissoru Erhan Baytimur, ssenari müəllifləri Deniz Güney və Nesrin Zamur, operatoru isə Ömer Yılmazdır. Ekran işinin bəstəkarı Rüstəm Zeynallıya, musiqi tərtibatı isə Aynur Axundzadə məxsusdur.

Rollarda Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov və başqaları çəkiliblər.

Film martın 7-dən etibarən Azərbaycan, Türkiyə və Avropa kinoteatrlarında nümayiş olunur.

Nə düşünürsən?