Bütün erməni yalanları ifşa olundu - Erməni tarixçi hər şeyin üstünü açdı

  • 11.03.2019
  • 0

Ukraynalı tədqiqatçı, məşhur erməni əsilli bloger Filip Ekozyants paylaşdığı növbəti videoda “Bütün dünyada minlərlə “erməni” məbəd və kilsələrini kim tikib?” sualına cavab axtarıb.


Axar.az xəbər verir ki, tarixçi məsəlinin araşdırılmasına çox sadə bir səbəblə başladığını bildirib. Belə ki, Ekozyants bu günə qədər apardığı araşdırmalarda riyaziyyat, həndəsə, fizika, kimya və nəhayət, memarlıq sahəsində təhsil verən qədim erməni məktəblərinin mövcudluğu barədə hər hansı bir məlumata rast gəlmədiyini qeyd edib.


“Hərçənd burada bir universitet və ya məktəb olmalıdır. Çünki bütün dünyada bu qədər kilsə və məbəd tikmək üçün yüzlərlə belə təhsil müəssisəsinə ehtiyac var”, - Ekozyants bildirib.


Bundan sonra Ekozyants ermənilərdən qədim məktəblərin, xüsusi müəssisələrin mövcudluğu, erməni memarların adlarına dair məlumatları varsa, təqdim etmələrini istəyib.


Nə düşünürsən?