Yevlaxda adı `Qırmızı Kitab`a düşən yulğun kolları yanıb

  • 11.03.2019
  • 0

Yanğın hadisəsi rayonun Boşçalı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, quru otun alovlanması ilə başlayan yanğın daha sonra yulğun kolu sahəsinə keçib. Nəticədə xeyli sayda kol yanaraq məhv olub. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlaxdan keçən hissəsi boyunca yol kənarında bitən yulğun kolları Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na düşüb və qorunur. Bu bitki quraqlığa və şoranlığa davamlı olduğundan yaşıllaşdırmada böyük əhəmiyyətə malikdir.

Nə düşünürsən?