Sumqayıtdakı dəhşətli qəzanın görüntüləri yayıldı

  • 11.03.2019
  • 0

Sumqayıt şəhərində baş verən, bir nəfərin ölümünə və üç nəfərin yaralanmasına səbəb olan dəhşətli qəzanın görüntüləri yayılıb. 

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə şəhərin Sahil küçəsində baş verib. 

Köhnə Kotec qəsəbə sakini Ə.Nərimanzadə idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Hadisə nəticəsində avtomobildəki sərnişinlərdən Sumqayıt şəhər sakini E.Bağırov hadisə yerində ölüb, sürücü və digər iki sərnişini xəstəxanaya yerləşdirilib. 

Görüntülərdən məlum olub ki, yaralılardan biri azyaşlıdır. 

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır. 

Nə düşünürsən?