Füzulidə ağır yol qəzası olub, ölən var

11.03.2019 | 26 | 0

Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Fin qəsəbəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1983-cü il təvəllüdlü Soltan Cəmil oğlu Vəliyev idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olan zaman iadəretməni itirib və "FORD" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?
Loading...