“Real”dan əzmkar qələbə

  • 11.03.2019
  • 0

Futbol üzrə İspaniya çempionatında 27-ci turun oyunları keçirilib.

Cebhe.info xəbər verir ki, Çempionlar Liqasında mübarizəni dayandırmış Madridin “Real” klubu səfərdə  “Valyadolid”lə qarşılaşıb.   “Kral klubu” üçün bu oyun böyük əhəmiyyətə malik idi. Hesabı ev sahibləri açıb. 29-cu dəqiqədə Anuar Muhammed Tuhami fərqlənib. 34-cü dədiqədə Rafael Varan hesabı bərabərləşdirib. Kərim Benzema 51 və 59-cu dəqiqələrdə meydan sahiblərini cəzaqlandırıb: 1-3. “Real”ın xorvatiyalı yarımüdafiəçisi Luka Modriç 85-ci dəqiqədə 4-cü topu rəqiblərin qapısına vurub. Oyun 1-4 hesabı ilə başa çatıb.

Bu qələbədən sonra “kral klubu” 27 oyundan 51 xalla 3-cü yerdə qərarlaşıb.

Nə düşünürsən?