Novruz bayramı üçün xüsusi xonçalar hazırlanıb

  • 10.03.2019
  • 0

Mağazalarda bir-birindən gözəl xonçalar satılır. Bu xonçalar əsasən nişan və digər el şənlikləri üçün alınır.

Satış mərkəzlərində Novruz bayramı ilə əlaqədar xüsusi hazırlanmış xonçalar da mövcuddur.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanın milli mədəniyyətini və Novruz adət-ənənələrini ozündə əks etdirən xonçalarda baharın gəlişi və kəndilərin həyat tərzi təsvir edilib.

Bir neçə ildir ki, xonçaların hazırlanması işi ilə məşğul olan Səidə İsmayılova deyir ki, tələbat çox olduğundan bu əl işlərini bayrama 20 gün qalmış satışa çıxarıb. Çünki bayram ab-havasını əks etdirən bu xonçaları vətəndaşlar ilk çərşənbədən alımağa başlayır.

Xüsusi zəhmət tələb edən bu xonçaların birinin hazırlanmasına iki-üç saat vaxt sərf edilir. Xüsusi bişmiş ağaclar sonra bəzək vurularaq göz oxşayan formaya salınır. Qiymətləri isə 25 manatdan başlayır.

Səidə İsmayılova deyir ki, xonçaları əsasən nişanlı gənclər alırlar. Məhz yeni qohumların evinə gedənlər üçün bu ən gözəl hədiyyələrdən biri hesab olunur.

Nə düşünürsən?