Bakıda sərnişin avtobuslarında indiyə kimi olmayan yenilik ediləcək

  • 10.03.2019
  • 0

Üç ildən sonra Bakıda yalnız sıxılmış qaz və ya elektrik enerjisi ilə işləyən avtobuslar sərnişin daşıya biləcəklər.

Xezerxeber.az-ın məlumatına görə, bu yenilik Nazirlər Kabinetinin 7 mart tarixli qərarında əksini tapıb.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, hazırda sərnişin avtobuslarının əksər hissəsi dizellə işləyir. Bu qərarın məqsədi ekologiyanı qorumaqdır. Amma hazırda ölkəmizə ən müasir avtobuslar da gətirilib ki, 2022- ci ilə qədər onların istismar müddəti bitməyəcək və hüquqi cəhətdən onlara qaz avadanlıqları quraşdırıla bilər.

Qaz avadanlıqlarının quraşdırılması üzrə mütəxəssis Rəhim İsmayılovun sözlərinə görə, sərnişin avtobusları üçün 3- 5 min manat xərc çəkməklə onların sıxılmış, yəni metan qazıyla işləməsini təmin etmək olar. Bu zaman görülən işin və avadanlığın təhlükəsizliyinə də zəmanət verilir.

Digər bir üsul avtobusun mühərrikini dəyişməkdir ki, Azərbaycanda da bunu etmək mümkündür. Amma bunu etməyin qiyməti istehsalçı zavoddan asılıdır.

Qeyd edək ki, hazırda paytaxt yollarında "Baku Bus" avtobusları ''Metan'' qazıyla işləyir və bu qazın satıldığı yanacaq doldurma məntəqələrinin sayı da artırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?