Məhşur müğənni dördüncü dəfə ərə gedir

  • 10.03.2019
  • 0

Məşhur müğənni dördüncü dəfə ərə gedir


Dünya şöhrətli müğənni və aktrisa Cenifer Lopes dördüncü dəfə ərə getməyə hazırlaşır. Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, Lopes amerikalı beysbolçu Aleks Rodriqeslə ailə quracaq. Bu barədə aktrisa özünün instagram səhifəsində məlumat verib. O, öz nişan üzüyünün şəklini paylaşıb.  Rodriqes də həmin şəkli öz hesabında paylaşıb və yazıb: “O, mənə “hə” dedi”. 14 il bundan öncə tanış olsalar da, tərəflər arasında eşq macərası  2017-ci ilin qışında başlayıb. Nikahın dəqiq tarixi haqqında məlumat verilmir. Qeyd edək ki, Lopesin Mark Entoni ilə nikahından 2 əkiz övladı var. Rodriqesin isə iki qızı var.

Nə düşünürsən?