Yasamal rayonunda xanım sürücü zəncirvari qəzaya səbəb olub

  • 09.03.2019
  • 0

Yasamal rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Akim Abbasov küçəsi ilə Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsində işıqforun qırmızı işığında qalmamaq üçün xanım “Kia” markalı avtomobilini irəliyə hərəkət etdirib və qarşıda dayanan “Mercedes”-ə çırpıb.

Eyni üsulla “Tofaş” markalı maşında Kia-nın arxasıyla hərəkət edərək xanım sürücünün maşınına çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Nə düşünürsən?