Polis külli miqdarda narkotik aşkarlayıb

  • 08.03.2019
  • 0

Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, narkotik vasitələrin satışında şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Vüqar Həsənov əlində 11 kq-a yaxın marixuana apararkən tutulub.

Saxlanılan Vüqar Həsənov narkotik vasitəni aylar əvvəl çay kənarından yığıb topladığını və şəxsi istifadəsi üçün saxladığını deyib.

O, diqqət çəkməmək üçün narkotikin yerini dəyişdirmək istəyəndə polislər tərəfindən yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, istintaq aparılır.

Balakəndə isə 5 dəfə məhkumluq yaşamış şəxs yenə külli miqdarda narkotik vasitəylə tutulub. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tülü kənd sakini 46 yaşlı Xalid Bayramov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.