Qubada Dəhşət! : Ata oğlunu öldürdüb, gəlini ilə eşq yaşadı..

  • 08.03.2019
  • 0

Azərbaycanda elə cinayət hadisələri baş verib ki, onlar böyük səs-küyə səbəb olub, cinayətin detalları isə insanın qanını donduran tipdən olub. Səyyar Tv milli.az-a istinadən bu gün oxuculara baş verən ən səs-küylü cinayət hadisələrini təqdim edir. "Oğlunu öldürdüb gəlini ilə eşq yaşayan ata - 13 il 8 aydan sonra üstü açılan cinayət." - Dəhşətli cinayət hadisəsi Quba rayonunda baş verib. İbtidai araşdırma zamanı məlum olub ki, Həsrət Əliyev 2001-ci il sentyabrın 20-də Quba RPŞ-yə ərizə ilə müraciət edərək, 1970-ci il təvəllüdlü oğlu Elman Əliyevin ayın 19-dan evdən xəbərsiz Rusiya Federasiyasına getməsi və hal-hazıra kimi ondan bir xəbər olmamasını bildirib. Toplanmış sübutlardan görünüb ki, cinayət hadisəsi üstündən 13 il 8 aydan artıq müddət keçdikdən sonra açılıb. Bu müddət ərzində mərhum Elman Əliyevin qohumları və həmkəndliləri onun Rusiyaya getdiyini və ailə üzvləri ilə əlaqə saxlamadığını zənn ediblər. İstintaqla müəyyən edilib ki, Həsrət Əliyev arvadı Minafər, oğlu Elman, gəlini Yeganə Ərəbova və azyaşlı nəvəsi Ravidlə birlikdə Hacıqayıb kəndində yaşayıblar. 2001-ci ilin iyul ayından etbarən, gəlinindən qadın kimi xoşu gələn qayınata ona olan intim hisslərini nümayiş etdirməyə başlayıb. Oğlu Elman onun bu davranışından, hamilə vəziyyətdə olan Yeganəyə əxlaqsız niyyətlə yanaşmasından şübhələnərək, sonuncudan atasına qulluq göstərməməyi, onunla təklikdə qalmamağı tələb edib. Buna görə arvadı ilə də münasibəti pisləşib, iş o yerə çatıb ki, Elman Yeganəni evdən qovmaq istəyib. __________________________________________________________________ Hörmətli üzvlər, şahidi olduğunuz maraqlı hadisələrin video və fotolarını çəkib, bizə göndərə bilərsiniz. Whatsapp: +994 55 699 34 20 ► Heç bir xəbərdarlıq etmədən kanalı şikayət edən insan, ailəsini və bütün var yoxunu söydürmüş olur ► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. ► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp) ► İnstagram : https://www.facebook.com/SeyyarTv.info

Nə düşünürsən?