Bakı metrosunda qadına qarşı cinayət

  • 07.03.2019
  • 0

Bakı Metropolitenində oğurluq etmiş şəxs tutulub.

BiG.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 5-də metronun “Nizami” stansiyasının platformasında içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

big az

Nə düşünürsən?