Taksi və avtobuslarla sərnişindaşıma ilə bağlı yeni qərar qəbul edildi

  • 07.03.2019
  • 0

Bakıda ikiqapılı, fərdi konstruksiya əsasında hazırlanan və əlil avtonəqliyyat vasitələrinin taksi fəaliyyəti ilə məşğul olması qadağan edilib. 

Xezerxeber.az-ın məlumatına görə, bu qərar Nazirlər Kabineti tərəfindən verilib. 

Tələblər bununla da yekunlaşmır. 

Yeni qərarla beynəlxalq hava limanlarında fəaliyyət göstərən taksilər "Avro-4" standartına cavab verməli və üzərində Bakı Nəqliyyat Agentliyinin eyniləşdirmə nömrəsi olmalıdır. Yeni qərarla sərnişin avtobusları üçün də tələblər müəyyənləşib. 

Bu dəyişikliklərə taksi sürücülərinin münasibəti isə birmənalı deyil. 

Yol hərəkəti üzrə mütəxəssis Ərşad Hüseynovun sözlərinə görə, bu qərarların icrası elə də asan olmasa da, tədricən bunları həyata keçirmək mümkündür. 

Avtobus dayanacaqları ilə bağlı olan yeni tələbə əsasən isə dayanacaqlar şəhər daxilində 400-600 metr, şəhərətrafı ərazilərdə isə 800-1000 metr intervalla yerləşdirilməlidir. Avtobuslar da dayancaqlarda yalnızsərnişin düşürüb- mindirərkən dayana bilərlər.

Nə düşünürsən?