Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürüldü

  • 07.03.2019
  • 0

Narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhəri sakini, əvvəllər məhkum olunmuş Elsevər Təhməzovu saxlayıblar.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan tiryək aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Təhməzovun yaşadığı evdən əlavə olaraq çəkisi 4 kiloqramdan çox tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, külli miqdarda narkotik maddəni satmaq üçün evində gizlədib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Nə düşünürsən?