Asteroidin `güllələnməsinin` görüntüləri yayılıb

  • 06.03.2019
  • 0

“Hayabusa-2” avtomatik stansiyası 2014-cü ilin dekabr ayında Ryuqyu asteroidini öyrənmək və ondan nümunə götürmək üçün kosmosa burpaxılıb. Alimlər ümid edirlər ki, o, Yerə Günəş sisteminin ilkin materiyasından tam təmiz nümunə gətirəcək.

Aparat hədəfə ötən ilin iyun ayında çatıb və asteroidlə yaxınlaşma proseduruna başlayıb. Səma cisminin səthi və nüvəsi ilə bağlı ilk fotolardan sonra, zond qrunt götürmə proseduruna hazırlaşmağa başlayıb.

Missiyanın əsas tapşırığının reallaşması üçün ilk addımlar ötən ilin oktyabr ayında atılmalı idi. Lakin asteroidin üzərinin "Hayabusu-2"yə zərər verəcək iri daşlarla örtülü olması zondun asteroidə yaxınlaşmasının qarşısını aldı. 

Buna görə də missiya 2019-cu ilin birinci yarısına kimi təxirə salındı.

CAM-H kamerası ilə alınan görüntülərdən aydın olur ki, asteroidin «güllələnməsi» və qırıntıların götürülməsi tapşırığı uğurlu şəkildə yerinə yetirilib.

Zondun elmi proqramına əsasən bundan sonrakı addım asteroidin səthinə daha güclü partlayıcı qurğunun atılmasıdır. Buna kimi missiya iştirakçıları daha bir eniş həyata keçirmək istəyirdi, lakin CAM-H şəkillərionlara bu ideyadan imtinaya məcbur etdi.

Birincisi, alimlərin sözlərinə görə, «Hayabusa-2» kifayət qədər toz götürüb, bu səbəbdən Ryuqyu səthi ilə ikinci dəfə yaxınlaşmaq pilotların nəzərincə əsassız risqdir.

İkincisi, məlum olub ki, aparatın aşağı hissəsindəki ötürücülər yaxınlaşma zamanı kifayət qədər işıq ala bilməyib. Bu isə  naviqasiya sisteminin işinə mənfi təsir göstərə və digər nasazlıqlar yarada bilər.

Bu səbəbdən missiyanın rəhbərliyi əvvəlcə partlayıcı paketin atılması ilə eksperiment keçirməyə, sonra isə materiyanın dərin nümunələrini götürmək üçün risqə dəyib-dəymədiyi barədə qərara gələcəklər.

Alimlər partlayıcının aprelin ilk günlərində atmağı planlaşdırırlar, təhlükəsiz olacağı dəqiqləşəcəyi təqdirdə ikinci eniş  may-iyun ayında nəzərdə tutulub. Noyabr ayında isə Hayabusa-2 Ryuqyunu tərk edərək Yerə doğru yol alacaq.

Nə düşünürsən?