Azadlıq prospektində özlərini "azad" hesab edən sürücü

  • 06.03.2019
  • 0

Bu gün, (6 mart) saat 09:14 radələrində yenə də Azadlıq prospektində əks yola çıxan sürücülər avtosfer.az kameralarına düşüb.Marşrut avtobuslarının iştirakı ilə ağır faciələrlə, insan ölümləri ilə bu qədər hadisələr olmasına baxmayaraq əks yola çıxan sürücülərdən biri elə avtobus sürücüsüdür. 133 saylı marşrut avtobusu ilə fəaliyyət göstərən 99 JP 463 dövlət qeydiyyat nişanlı "Karsan" markalı avtobusun sürücüsü tam olaraq əks yola çıxıb hərəkət edir.

Daha sonra isə 90 RL 007 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü də eyni hərəkəti təkrar edir.