Bakıda köhnə binalarda müasir liftlər quraşdırılacaq

  • 02.03.2019
  • 0

''Bakıda köhnə binalarda olan liftlərin dəyişdirilməsi üçün bütün lazımi tədbirlər görülür və yaxın zamanda nəticə olacaq''. Xezerxeber.az-ın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında bildirib. O, hazırda müvafiq şirkətlərlə danışıqların aparıldığını deyib. Bakı meri Bayıl yamacında son vəziyyət ilə bağlı da danışıb və oradakı evlərin aqibətinin yaxın günlərdə məlum olacağını deyib. Eldar Əzizov Bakı şəhərinin seçkili orqan tərəfindən idarə olunub-olunmaması ilə bağlı təkliflərə də münasibət bildirib. Paytaxtda təşkil olunan kənd təsərrüfartı məhsulları yarmarkalarından da danışan Eldar Əzizov bunun mütəmadi hal alacağını bildirib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:a

Nə düşünürsən?