“Kənddən şəhərə” yarmarkası başlayır

  • 01.03.2019
  • 0

Yarmarka martın 2-dən 21-dək davam edəcək


Novruz bayramının yaxınlaşması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın tapşırığına əsasən, paytaxtın bütün rayonlarında hazırlıq işlərinə başlanıb.


Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən REAL-a verilən məlumata görə, işlər çərçivəsində şəhərin meydan və parklarının, istirahət bağlarının abadlaşdırılması, burada yeni yaşıllıqların salınması, gül və kolların əkilməsi həyata keçirilir. Eyni zamanda küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılmasına başlanıb, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri quraşdırılır.


Bayramla əlaqədar mart ayının 2-dən etibarən paytaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyətə başlayacaqdır. Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Bu fermerlər üçün yarmarkalarda müvafiq şərait yaradılmışdır. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət ediləcək.


Həmçinin Bakı Şəhər İcra Hakimiyyətə Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə,  ilk növbədə metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılmış və burada da bayram ərzaqlarının, müxtəlif hədiyyələrin satışı təşkil olunub.


Yarmarkalar martın 25-nə kimi davam edəcək.

Nə düşünürsən?