Bakıda mağaza oğrusu təhlükəsizlik kamerasına düşdü

  • 28.02.2019
  • 0

Mağazada satıcının çantasıdan pul oğurlayan şəxs tutulub.

Hadisə paytaxtın Nərimanov rayonunda baş verib.Ağa Neymətulla küçəsində yerləşən mağazada satıcı işləyən Təhminə Əliyeva ərazi üzrə 18-ci polis şöbəsinə məlumat verib ki, naməlum şəraitdə çantasından 268 manat pul oğurlanıb.

Polishadisəni törədən şəxsin axtarışlarına başlayıb. Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Nicat Fərzəliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Saxlanılan şəxsin satıcının çantasından oğurluq etməsi obyektin təhlüksizlik kameraları vasitəsilə də qeydə alınıb. Nicat Fərzəliyevin ətrafında keçirilən əlavə tədbirlərlə onun cari ilin yanvarında Nərimanov rayonunda yerləşən ticarət mərkəzilərindən birində yerləşən mağazanın kassasından 1200 manat oğurladığı da məlum olub.

Faktla bağlı 18-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nərimmanov RayonPolis İdarəsinə göndərilib.

Nə düşünürsən?