Restoranda müştərilər hesabı bəyənmədi və sonu qanla bitdi

  • 28.02.2019
  • 0

Ankaranın Yenimahalle Rayonunda hesaba etiraz edən 2 nəfər işləyənlər ilə mübahisə etdikdən sonra restorandan ayrılıblar.

Şəxslər daha sonra əllərində pompalı tüfəng ilə gələrək restoranı güllə yağışına tutub.

Hadisə saat 02.30 radələrində Ankara Yenimahalle Rayonu, Çayyolu Məhəlləsi, 2432-ci Prospektdə yerləşən bir restoranda baş verib.

Erhan Onurun sahibi olduğu restoranda hesaba etiraz edən 2 nəfər əməkdaşlar ilə mübahisə etdikdən sonra restorandan ayrılıb.

Daha sonra restorana 06 FF 0839 nömrəli sarı rəngli bir avtomobillə gələn şəxslər, 2 əl restorana, 1 əl havaya atəş açaraq qaçıb.

Restoranın şüşələri sınıb. Çalışanların bildirişi əsasında hadisə yerinə polis və hadisə yeri araşdırma qrupları sövq edilib.

Qaçan şəxslər Turan Günəş Bulvarı üzərində, TRT Baş İdarəsi binasının qarşısında yerləşən qovşaqda polis dəstələri tərəfindən sıxışdırılıb.

İstifadə etdikləri vasitəni tərk edən şübhəlilər, piyada olaraq qaçıblar.

Şəxslərin istifadə etdiyi avtomobili araşdıran polis dəstələri içərisində pompalı tüfəng tapıb.

Polis hadisə ilə bağlı araşdırma başladıb./Metbuat.az

Nə düşünürsən?