Çində işçi həmkarını hidravlik preslə sıxaraq öldürüb

  • 12.11.2017
  • 0

Çində işçi həmkarını hidravlik preslə sıxaraq öldürüb. Oxu.Az Report-a istinadən xəbər verir ki, baş verən hadisə müşahidə kamerasına düşüb. Kadrlardan görünür ki, hər iki işçi əvvəlcə hansısa materialı qurğuya yerləşdirir. Daha sonra onlardan biri idarəetmə pultuna doğru gedir. Həmin zaman digər işçi qurğuda nəyisə səhmana salmaqda davam edir. O, presin üzərinə düşdüyünü dərhal görmədiyindən vaxtında kənara çəkilməyə macal tapmır. Pultu işə salan əməkdaş səhvini gördükdə gec olub. Onun həmkarında artıq həyat əlamətləri olmayıb. İstintaq hazırda hadisənin qəsdən və ya təsadüfən baş verməsinə dair şübhələri araşdırır.

Nə düşünürsən?