Bu şəxslə bağlı əhaliyə müraciət edildi

  • 22.02.2019
  • 0

Dünən Səbail rayonunun M.Muxtarov küçəsində orta yaşlı kişi meyiti tapılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

45-50 yaşlarında kişiyə aid olan cəsəd üzərində heç bir zorakılıq əlaməti yoxdur. 

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 şəhər və (055) 226-54-54 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Nə düşünürsən?