Sinəsini böyütməkdən imtina edən arvadını öldürdü

  • 22.02.2019
  • 0

Arvadından ikinci dəfə sinə böyütmə əməliyyatına girməyi tələb edən Tayvan sakini "yox" cavabını aldıqdan sonra dəhşətli cinayət törədib. 


MAX news xəbər verir ki, 32 yaşlı Vu Men-yu 34 yaşlı arvadını ikinci dəfə əməliyyata məcbur edib. Lakin qadın buna razılıq verməyərək, boşanma tələb edib. 


Gözü dönən Vu eşitdiyi cavabdan sonra özü ilə birgə arvadını və iki uşağını öldürüb. 


Polis ailə üzvlərinin cəsədlərini sarı taksidə aşkarlayıb. Ön oturacaqda olan qadının əlləri bağlı olub. 


İlkin ehtimala görə, Vu ailəsini və özünü dəm qazı ilə boğaraq öldürüb.