ATV-nin efirində qızdan nişanlısına şok sözlər

  • 22.02.2019
  • 0

ATV-də yayımlanan "Bizimləsən" verilişində yaşananlar tamaşaçıları kədərləndirib.

AzNews.az xəbər verir ki, verilişdə nişanlı cütlük Albina və Vüqarın bir-birinə olan sevgisi hər kəsin qəlbini fərəh hissi ilə doldurub.

Ana və atasını itirən Vüqarın qohumlarının ona qarşı alçaldıcı mövqe tutması qəzəbə səbəb olub. Vüqarın nişanlısının onun haqqında dediyi sözlər isə bir çoxlarını göz yaşlarına boğub.

"Vüqarın keçmişində nə baş verdiyi məni maraqlandırmır. Bundan sonra onun yanında sonuna kimi tək mən varam. İstəmirəm, kimsə bizə qarışsın. Bu gün valideynlərim var, sabah yoxdu. Mən 13 yaşımdan işləyirəm. Məndən başqa heç kimə güvənməsin".

Nə düşünürsən?