Gəncə sakininin evindən silah-sursat tapıldı

  • 21.02.2019
  • 0

Gəncə şəhər sakininin evindən odlu silah və sursat aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsinə şəhər sakini, əvvəllər məhkum olunmuş, 21 yaşlı Sənan Əliyev və tanışı 23 yaşlı Xəyal Ağayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Ağayevin yaşadığı ünvandan silah-sursat, eləcə də insan sağlamlığına zərər vura biləcək digər əşyalar aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin ətraflarında aparılan istintaq araşdırmaları zamanı hər ikisinin Kəpəz rayonu ərazisində fəaliyyət göstərən mağazaların birindən oğurluq və daha bir obyektdən isə oğurluğa cəhd etdikləri müəyyənləşib. Onlar törətdikləri əməli etiraf ediblər. Xəyal Ağayev silah-sursatın tanışı Sənan Əliyevə məxsus olduğunu deyib.

Sənan Əliyev silah-sursatı tapdığını, digər əşyaları isə qonşu ölkələrdən gətirdiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, araşdırmalar davam etdirilir.

Nə düşünürsən?