Dövlətin göndərdiyi “CİP”i bir qadına bağışladılar - Ukrayna səfirliyində daha bir şok

  • 21.02.2019
  • 0

Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev BakuPost-a verdiyi müsahibədə hazırkı səfir Azər Xudiyevin ünvanına bir sıra ittihamlar səsləndirmişdi.


 Bu sırada səfirliyə aidiyyəti olmayan şəxslərin diplomatik nömrəli avtomobillər idarə etməsinə dair ittihamlar da yer almışdı.


"Məndə olan məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinə məxsus diplomatik nömrələr diplomatiya ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan, lakin səfir Azər Xudiyevə bu və ya digər mənada bağlı olan adamlara verilir. Bu, çox ciddi qanun pozuntusudur”- deyən sabiq səfir, diplomatik nömrəli avtomobil idarə edənlərdən biri kimi Azərbaycanın Ukraynadakı səfirliyində uşaqları ilə birgə yaşadığı iddia olunan xanımı göstərmişdi: "Bir məqam isə səfirliyin iqamətgahında Ukrayna vətəndaşı olan bir xanımın uşaqları ilə bərabər yaşamasıdır. Bu da yolverilməz haldır. Əlimizdə çox ciddi foto və videolar var. Diplomatik qaydalara uyğun olaraq səfirliyin iqamətgahında xarici vətəndaşın yaşamaq hüququ yoxdur, o, agent də ola bilər. Məhz bu həmin xanımdır ki, iqamətgahda yaşadığı kimi, Azərbaycan səfirliyinə məxsus diplomatik nömrəli avtomobil də idarə edir. Bəli, maşın səfirin şəxsi malı ola bilər, amma nömrə diplomatik nişanlıdır. Bilirsiniz, bu barədə faktlar çoxdur. Biz yaxın günlərdə bu istiqamətdə ciddi dəlillər ortaya qoyacağıq”.

Nə düşünürsən?