Erməni qanuni oğru və Yarıvəhşi həbs edildi

  • 21.02.2019
  • 0

Ukrayna polisi Kiyevin restoranlarından birində əməliyyat keçirərək, erməni qanuni oğru və rusiyalı kriminal avtoriteti həbs edib.


Axar.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Ukrayna polis rəhbərinin müavini Vyaçeslav Abroskin paylaşıb. O, ələ keçirilən erməni qanuni oğrunun Nodari Usoyan (Nodar Rustavski), rusiyalı kriminal avtoritetin isə “Yarıvəhşi” ləqəbli Andrey İmanəli olduğunu bildirib.


Abroskin bu şəxslərin Ukraynadan deportasiyasının hazırlandığını deyib.

Nə düşünürsən?