Fəallar bu həbsə etiraz olaraq kampaniya başlatdı

  • 21.02.2019
  • 0

Bir qrup Azərbaycanlı milli-mədəni fəallar Abbas Lisaninin saxlanılmasına səssiz qala bilməyib.

Axar.az xəbər verir ki, fəllar Lisaninin azadlığını tələb edərək sosial şəbəkələrdə #abbas_lisaniye_özgürlük həştəqi altında kampaniya başladıblar. Kampaniyaya əsasən fəallar etiraz videogörüntülərini paylaşırlar. Videoda Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış fəal Abbas Lisaninin azadlığı tələb olunur.

Qeyd edək ki, Abbas Lisani yanvarın 15-i Təbrizin İnqilab Məhkəməsində təhlükəsizlik qüvvələri tərəfindən Ərdəbil zindanının karantin bölümünə aparılıb.