Yüzlərlə ilan evlərə doldu - Sakinlər təşviş içində

  • 20.02.2019
  • 0

Türkiyənin Hatay vilayətində normadan çox olduğu üçün su bəndindən boşaldılan su ətraf ərazilərdə daşqınlara yol açıb.

İxlas xəbər agentliyi məlumat verir ki, sel özüylə çox sayda ilan gətirib. Aramsız yağışlar isə daşqınların genişlənməsinə və ilanların ətraf ərazilərə yayılmasına yol açıb. Evlərdə və həyətlərdə sürünənlərə rast gələn sakinlər qorxu içində yaşayır.

Əraziyə cəlb edilən müvafiq qurumun nümayəndələri bir tərəfdən təbii fəlakətin fəsadlarını aradan qaldırır, digər tərəfdən isə ilanları zərərsizləşdirir.

Nə düşünürsən?