Azərbaycanın Ermənistanı məhv edəcək gizli silahı hansıdır ?

  • 20.02.2019
  • 0

Qarabağ probleminin həlli yolunda Azərbaycan həmişə sülh mövqeyini qoruyur. Sfera.az xəbər verir ki, rəsmi Bakı həmişə münaqişənin sülh yolu ilə həll edilməsi üçün çalışır.

 

Lakin danışıqlar prosesindən qaçan rəsmi İravan vaxtı uzatmaqla məşğuldur. İravanın özündə siyasi vəziyyətin ürəkaçan olmaması erməni tərəfini danışıqlar prosesindən qaçmasını labüd edir. Hər iki ölkə son illər ordunu müasir silahlarla silahlandırıb. Rusiyalı hərbi ekspertlər Qarabağ münaqişəsinin müharibə yolu ilə həll edilməsini qaçılmaz hesab edir. Onlar hər iki ölkənin hərbi gücünü analiz edərək, Azərbaycanın Cənubi Qafqazda ən güclü dövlət kimi xarakterizə ediblər. Onlar Azərbaycanın aldığı dronları ermənilərin qorxulu röyası kimi təqdim ediblər.

 

Rusiyalı ekspertlərin iddiasına görə Azərbaycanın da malik olduğu  "Mini Harpy" "Kamikaze" ləri dünyanın ən güclü silahıdır. Bu silahla Azərbaycan hətta ən çətin hədəfləri məhv edə bilər. 

 

"Kamikadze”  dronları olan Mini Harpy, S-300 və S-400 raket sistemlərini də məhv etməyə qadirdir.  

"45 kq ağırlığında olan "kamikadze ” 8 kq-lıq döyüş başlığını daşıyır, və 100 km məsafədə  belə idarə olunur. İki saat havada qalmağı bacaran "Kamikadze”  ilə hətta İravanı da məhv etmək olar”- deyə hərbi ekspert bildirib.

Nə düşünürsən?