Bakının daha bir küçəsində yaşıl soyqırıma hazırlıq - Sakinlər etiraz edir

  • 20.02.2019
  • 0

Bakının Xətai rayonunun Nəsrəddin Tusi küçəsindən keçən yol “Azəravtoyol” ASC tərəfindən təmirə bağlanıb. Cebhe.info xəbər verir ki, 3 həftədən artıqdır ki, yolun təmiri ilə əlaqədar Tusi küçəsinə giriş məhdudlaşdırılıb. Təmiri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti həyata keçirlməli olsa da, 3 həftədir ki, küçədə təmir işləri başlamayıb. Sakinlərin verdiyi məlumata görə, Tusi küçəsinə işləyən 62 və 104 saylı marşrut avtobusları yollarını dəyişməyə məcbur qalıblar. Sıxlıqla əlaqədar Neapol dairəsi yaxınlığında hər gün uzun tıxaclar yaranır. Marşrutların yolu uzandığından insanlar mənzil başına gec çatmadıqlarını deyirlər. 

N.Tusi küçəsinin sakini Zakir Hüseyn Cebhe.info-ya açıqlamasında deyib ki, yolu bağlamqda məqsəd təkcə təmir deyil: “Təmir edəcəklərsə işə başlamalı idilər. 3 həftədən çoxdur ərazidə iş getmir. “Bəy hamamı”nın yanında  küknar ağaclığı var. Görünür, kiminsə həmin əraziyə gözü düşüb. Yolu bağlayıb səssizcə ağaclığı məhv etmək istəyirlər. Tusi küçəsinin sakinləri bu durumdan narahatdır, aidiyyati qurumlardan məsələyə reasksiya gözləyirik”.

Nə düşünürsən?