Güclü külək Mingəçevirdə fəsadlar törədib

  • 19.02.2019
  • 0

Mingəçevir şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.

Xezerxeber.az xəbər verir ki, şəhərin Nəriman Nərimanov, Aydın Məmmədov, Təbriz və digər küçələrində ağaclar tam və ya qismən qırılaraq küçə və səkilərə düşüb.

Nəticədə "Mercedes” və "VAZ-2107” markalı iki maşın qırılan ağacların altında qalaraq əzilib.

Küləyin gücləndiyi andan etibarən şəhərin Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin briqadaları fəsadların aradan qaldırılmasına başlayıblar.

Təbiət hadisəsi nəticəsində şəhərin bir sıra yerlərinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Nə düşünürsən?