Qış təkərlərinə tələbat kəskin azalıb

  • 19.02.2019
  • 0

Qış fəslinin sərt keçməməsi təkər bazarına təsirsiz ötüşməyib. Qış təkərləri mağazalarda vitrinlərdə qalıb.

Xezerxeber.az-ın məlumatına görə, satan çox, alan isə demək olar ki, yoxdur.

Təkər satanların gözü alıcı gözləyir. Qış aylarının mülayim keçməsi təkər bazarına da öz təsirini göstərib.

Təkərləri sata bilməyənlər məcbur qalıb endirim edirlər. Hətta öz qiymətinə satanlar da var.

Sürücülər arasında apardığımız sorğu zamanı isə müəyyən olundu ki, qış sərt keçmədiyindən daha çox 4 fəsil təkərlər alınır.

Satıcılar onu da bildirdilər ki, qış təkərlərinin qiymətləri daha da ucuzlaşa bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?