Yəmənlilər Səudiyyənin hərbi düşərgəsinə 10 raket atıb

  • 18.02.2019
  • 0

Yəmənin "Ənsarullah" hərəkatının döyüşçüləri Səudiyyə Ərəbistanının Cizan rayonundakı hərbi düşərgəsini raketlə vurub. FaktXəbər bildirir ki, yəmənlilər həbri düşərgəyə 10 ədəd "Zilzal-1" raketi atıb.

Husilər həmçinin Əsir rayonunda da koalisiya qüvvələrinin hərbi sursatını sıradan çıxarıb. Sosial şəbəkəyə yerləşdirilən digər görüntülərdən isə aydın olur ki, Səudiyyə Ərəbistanının Həccə vilayətindəki hərbi düşərgəsi darmadağın olunub.

Qeyd edək ki, son günlər Husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ordusu arasında toqquşmalar artıb. Yəmənlilər qarşısında üstünlük əldə etməyi bacarmayan koalisiya qüvvələri ölkə ərazisində dinc əhalinin olduğu məntəqələrə avia zərbələr endirilər. Buna cavab olaraq isə "Ənsarullah" hərəkatı Səudiyyə ərazisindəki hərbi obyektləri raketlə vururlar.

Nə düşünürsən?