Ermənistan ordusunun gizlətdiyi ölüm halları

  • 18.02.2019
  • 0

Ermənistan Müdafiə Nazirliyi Paşinyanın tapşırığı ilə araşdırılan eyni hərbi hissədə ard-arda baş verən ölüm hallarının sirr pərdəsnin açılmasında maraqlı deyil.

Tavuş vilayətində dislokasiya olunmuş “Mehrablar” adlı hərbi hissəsində Armavir əyalətindən olan iki əsgərin müəmmalı şəkildə ölümü Ermənistan Müdafiə Nazirliyi tərəfindən gizlədilməyə çalışılır. FaktXeber.com-un verdiyi məlumata görə, 2016-cı il iyul ayının 3-də valideynlərinə “intihar etdiyi” bildirilən Arsen Mxitaryan adlı erməni əsgərinin atası Artur Mxitaryan Ermənistan KİV-nə müsahibəsində oğlunun intihar etmədiyini, hərbi hissədə öldürüldüyünü bildirib. 

A.Mxitaryan oğluna xidmət etdiyi hərbi hissədə komandirlər tərəfindən evdən pul istəməsi üçün dəfələrlə təzyiqlərin olunduğunu, komandir heyətinin bizneslə məşğul olduğunu, hərbi hissənin nizamnamələrin tələbləri ilə deyil  “türmə qanunları” ilə idarə edildiyi, hərbi hissə və tabor komandirlərinin zamanla dəyişməsinə baxmayaraq hərbi hissənin “iş stil”inin dəyişmədiyini bildirmişdir.

A.Mxitaryan oğlunun ölüm hadisəsindən qısa olaraq danışarkən, hərbi hissədən onlara oğlunun sevdiyi qız səbəbindən intihar etdiyini bildirildiyini deyir. Lakin ata oğlunun döyərək öldürüldüyünü iddia edir. Hazırda onun təkidi və şikayəti ilə işin Milli Təhlükəsizlik Xidmətində araşdırıldını bildirsə də bugünə qədər heç kimin dindirilmədiyini bildirib.

A.Mxitaryan öz şikayətində bildirir ki, “əgər Ermənistan hökümətinin arzusu olsayadı bu ölüm hallarının qarşısı alınardı. Hansı ixtiyarla əsgərin ölüm hadisəsindən dərhal sonra tabor komandirini yüksək vəzifəyə təyin edirlər".

O, həmçinin iki ay bundan əvvəl oğlunun işi ilə bağlı Ermənistanın baş naziri N.Paşinyanla görüşdüyünü, lakin bu iki ay ərzində isə heç bir hərəkət, tərpəniş haqqında eşitmədiyini bildirir. 

Artur Mxitaryan oğlunun ölüm hadisəsindən sonra onun xidmət etdiyi hərbi hissəsində baş verən hadisələrə xüsusi diqqət yetirdiyini bildirib. O, öz bölgələrindən olan tanışlarından Levon Torosyan adlı bir oğlanın “Mehrablar” hərbi hissəsində xidmət etdiyini və ona təzyiq edildiyini eşidəndə “bu uşağın valideynləri ilə məni tanış edin. Bu uşağı öldürəcəklər, qoymayacaqlar yaşamağa. Mən təcrübəmdən bunu hiss edirəm, artıq təcrübəm var” deyibmiş.

6 may 2018-ci il may ayının 6-da Levon Torosyan “intihar edir”. Hərbi ekspert Ruben Martirosyanın sözlərinə və məhkəmə tibbi ekspertizanın verdiyi rəyə əsasən,  Torosyanın ilk əvvəl xayalıqlarına güclü zərbələr endirilmiş, sonra güllələnərək öldürülmüşdür. Həmçinin əsgərin müayinəsi zamanı, dirsək nahiyələrində sıyrıqların olduğu müşahidə edilmişdir. 

Torosyanın valideynləri də əsgərin mütəmadi olaraq evdən pul gətirməsi üçün komandirləri tərəfindən ona təzyiqlərin edildiyini bildirmişlər.

Nə düşünürsən?