Ölkənin ən təhlükəli vulkanı püskürə bilər

  • 18.02.2019
  • 0

Ölkənin ən təhlükəli vulkanlarından biri olan Bozdağ-Qobu vulkanı bu il ərzində püskürə bilər.

Bu barədə Xəzər Xəbər-ə Geologiya və Geofizika institutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev deyib. 

O bildirib ki, vulkan püskürərsə yaxınlıqda yaşayan sakinlər üçün təhlükə yarana bilər. Elə buna görədə bəzi sakinlər indidən mənzillərini satışa çıxarıb. 

Belə ki, Şamaxıda zəlzələnin baş verməsi Bozdağ-Qobu vulkanının da püskürmə ehtimalını artırıb. 

Bozdağ-Qobu vulkanı, ilk dəfə 1827-ci ildə püskürüb. 1974-cü ildə bu vulkanın alovunun hündürlüyü 400 metrə qədər, hərarəti isə 1000 dərəcə selsidən çox olub. Eyni zamanda 300 min kub metr həcmində vulkan palçığı əraziyə yayılıb. 

Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlər hər an baş verə biləcək hadisədən qorxduqlarını bildirirlər. 

Qeyd edək ki, Bozdağ-Qobu vulkanı ən təhlükəli vulkanlardan biri hesab olunur. 

Nə düşünürsən?