Moskvada azərbaycanlılarla çeçenlər arasındakı dəhşətli insidentin təfərrüatları

  • 15.02.2019
  • 0

Dünən axşam saatlarında Moskvada azərbaycanlılara məxsus “Neolit” restoranında kütləvi dava baş verib. Çeçenlərdən ibarət 70-100 nəfərlik qrup restorana basqın edərək, müştəriləri qovub və içəridəki azərbaycanlılara hücum edib. 

360tv.ru insidentlə bağlı bəzi məlumatlar əldə edib. 

Telekanala danışan şahidlərdən biri bu restoranda daim insidentlərin baş verdiyini deyib: 

“Çoxları şikayət edir. Biz silah səsləri eşitdik. Çoxlu insan qaçırdı”.

“Kimsə “Porsche Cayenne” avtomobilində gizlənməyə çalışırdı. 10 nəfər onun dalınca qaçırdı. Deyəsən, avtomatdan atəş açmışdılar”, - şahid Andrey Andreyev NTV telekanalına deyib. 

“112” “Telegram” kanalının məlumatına görə, kafenin qarşısına gələn avtomobilin nömrəsi çirkli olub və içərisindən düşənlər silahlı və bıçaqlı olublar. 

Oxu: Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava

“İnterfax”ın hüquq-mühafizə orqanlarındakı mənbə insident zamanı travmatik silahdan atəş açıldığını təsdiqləyib. 

“İnsidentdə iştirak edən 25 nəfər polis bölməsinə gətirilib”, - polisin mətbuat xidmətindən bildirilib. 

“Boroda veşayet” kanalından verilən məlumata görə, Moskvadakı çeçen diasporu internetə təhqir dolu telefon danışığının audiosunu yerləşdirib:

“Mən sizin azərbaycanlı dünyanızı...”. Buna cavab olaraq, azərbaycanlılar Moskvada yaşayan çeçenlərdən birini döyüb və onu üzr istəməyə məcbur edib. Müəlliflər qeyd edib ki, nəticədə, buna cavab olaraq, “Neolit” restoranına hücum olub. 

Bu məlumatı “Siloviki” “Telegram-kanal”ı da səsləndirib. 

“Çeçenlər azərbaycanlıları təhqir edib, onlar da bunun əvəzində çeçeni döyərək, üzr istəməyə məcbur ediblər. Bundan sonra çeçenlər azərbaycanlıların kafesinə “qonaq gəliblər” və burada kütləvi dava baş verib”, - məlumatda bildirilib. 

Davanın şahidlərindən biri deyib ki, üç ay əvvəl bu kafedə insident baş vermişdi. O zaman müştərilərdən biri az qala öldürülmüşdü. Bu dəfə kafe əməkdaşları bildirib ki, hücum hədəfi kimi restoranın sahibi, biznesmen Yaşar Əliyev seçilib. Dünən “Neolit” restoranında onun iştirakı ilə böyük tədbir keçirilirdi. Hücum edən şəxslər Əliyevə məxsus “Infiniti” markalı avtomobili yararsız vəziyyətə salıblar. 

“Azərbaycan Online” nəşrinin yaydığı məlumata görə, hadisə günü restoran Sevgililər günü ilə əlaqədar tamamilə dolu olub. İşin qızğın vaxtı onlarla şəxs kafeyə hücum ediib, kütləvi dava baş verib, hadisə nəticəsində Əliyev xəsarət alıb. 

“Hadisədən sonra rayonda daha bir silahlı insident baş verib. Azərbaycanlılar maşınlarla onları izləyiblər”, - insidentin şahidi Nəsimi Məmmədəliyev deyib. 

Oxu: Moskvada güllələnən azərbaycanlının kimliyi müəyyənləşdi

“Mash” kanalının məlumatına görə, insidentdən sonra naməlum şəxslər Samara bulvarı yaxınlığında 52 yaşlı azərbaycanlı Qərib Orucovu güllələyib. Qatillər “BMW X6” markalı avtomobillə “Qlok” markalı silahdan Q.Orucova atəş açıb. İstisna deyil ki, bu hadisə “Neolit”dəki insidentin davamı olub. 

“Moskovskiy komsomolets”lə müsahibədə Əliyev kafenin dolu olduğunu təsdiqləməyib. Onun sözlərinə görə, hadisə zamanı restoranda 4-5 nəfər olub. Xəsarət alan şəxs isə 49 yaşlı Arzu Mahmudovdur. Güllə onun sinəsindən dəyib. Əliyev bildirib ki, əvvəllər çeçenlər onun restoranına gəlməyiblər. 

“Personal mənə xəbər verdi ki, 40-50 nəfər restorana soxulublar, onlar travmatik tapança ilə silahlanıblar. Restorandakı 4-5 nəfər isə ailəvi cütlüklər idi. İnsident oldu, xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb”, - o əlavə edib.

Hadisə zamanı Əliyev obyektdə olmayıb və məlumat alan kimi ora gedib. Restorana çatan zaman avtomobilinin güllələndiyini görüb. Onun sözlərinə görə, polis artıq hücumda şübhəli bilinən şəxsləri saxlayıb. 

“Biz heç vaxt çeçenlərdən təhdidlər almamışıq. Ağlıma da gəlməzdi ki, belə hadisə ola bilər. Eşitmişəm ki, hadisəyə səbəb həmyerlilərim tərəfindən çeçenin təhqir edilməsidir, amma bunun haqqında məlumatın yoxdur”, - o deyib. 

“Rəsmi şikayətlərin sayı son iki ildə 60-a çatıb. Ancaq yerli sakinlər deyir ki, bir çox deputatlar və məmurlar qorxduqlarını etiraf edib. İndi onların niyə qorxuduğu məlumdur. İnsanlar obyekt sahibi ilə danışmaqdan belə qorxurlar”, - Bilalov qeyd edib. 

Öz növbəsində Moksva Daxili İşlər İdarəsinin ictimaiyyətlə əlaqələr şpbəsinin rəisi Yuriy Titov məlumat verib ki, faktla bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb. 

Nə düşünürsən?