“Neolit”ə silahlı basqın - 10 nəfər yaralanıb

  • 15.02.2019
  • 0

Rusiyada Moskvanın Peçatniki rayonun Kuryanova küçəsi, ev 28 ünvanında azərbaycanlılara məxsus “Neolit” kafesində fevralın 14-də saat 23 radələrində silahlı atışma baş verib.

Faktor.az report-a istinadən bildirir ki, avtomat və tapança ilə silahlanmış 40-50 nəfərdən ibarət bir qrup çeçen “Neolit” kafesinə hücüm edib.

Kafedə baş verən silahlı qarşıdurma rayonun digər yerində də davam edib. Çeçenlər azərbaycanlıların maşınlarını təqib edərək onları atəşə tutublar. Kafe ilə yanaşı, obyektin sahibi Yaşar Əliyevin maşını da çiddi xəsarət alıb. Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları çalışırlar. İnsidentdə iştirak edən 10 nəfərdən çox şəxsin polis tərəfindən saxlanıldığı bildirilir. Hadisəyə səbəb Azərbyacan millətini təhqir edən Əlixan adlı çeçenin azərbaycanlılar tərəfindən tapılaraq üzr istədilməsidir.

Nə düşünürsən?