Pərviz və Türkanın sevgililər günündə etdiyi hərəkət qalmaqal yaratdı

  • 15.02.2019
  • 0

Məşhur meyxanaçı Pərviz Bülbülənin sevgililər günündə paylaşdığı video birmənalı qarşılanmayıb.

Aznews.az xəbər verir ki, Pərviz və duet ortağı Türkan Heydərovanın birlikdə çəkdirdikləri video qınaq obyektinə çevrilib.

İzləyicilər meyxanaçının ailəli olduğu halda Türkanla bu cür səmimi olmasını doğru hesab etməyiblər. Hətta Pərvizin həyat yoldaşının bu cür videolara qısqanmayacağına inanmadıqlarını qeyd ediblər.

Meyxanaçının fanatları evli olduğunu xatırladaraq onu tənqid ediblər.