Toy etmək istəyən Elnurun eks sevgilisi efirə gəldi: "Onu qucağımda..."

  • 14.02.2019
  • 0

Azərbaycan efirində növbəti biabırçılıq yaşanıb. 

BiG.AZ xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə toy etmək üçün çıxan cütlük Elnur və Nərmin şok yaşayıb. 

Belə ki, Elnurun keçmiş sevgilisi Xatirə onun ad gününə görə efirə gəlib. 

Bunu eşidən Nərmin efiri tərk edib. 

Elnur Xatirənin efirə çıxmasına etiraz edib: "Niyə mən Nərmini itirməliyəm? Onsuz da itirə-itirə gəlmişəm". 

Xatirə bildirib ki, Elnuru bütün qəlbiylə sevib: "Mən Elnura 7 il baxmışam. Elnuru qucağıma alıb daşıdığıma görə səhhətimdə ciddi problemlər yaranıb. Bizdə alınmadı. Amma bu gün mən Elnurla Nərminə xoşbəxtlik arzulayıram". 

big az

Nə düşünürsən?